Silahlı Qüvvələrin yaranmasından 107 il ötür-ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ VİTSE-PREZİDENT PAYLAŞIM ETDİ – YENİLƏNİB – (1)

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Artıq Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib.

Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

07:30

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

07:44

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid anası ölkə rəhbərliyinə müraciət ünvanladı: “ÖVLADIMIN NƏ ORDEN, NƏ DƏ MƏNZİL HAQQI TANINIB…ONA GÖRƏ İSTƏYİRƏM Kİ…”

Read Next

Silahlı Qüvvələr Günündə dünyaya gələn Şəhidlərimiz-İLKİN ƏHƏDZADƏ VƏ ELŞƏN KƏRİMOVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİDİR, “HƏR GÜN YOLUNU GÖZLƏYİRƏM…GÖZLƏYİRƏM Kİ, QAPINI AÇIB İÇƏRİ GİRƏCƏKSƏN…”-ŞƏHİD ELŞƏN KƏRİMOVUN ANASI ARZU YUSİBOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir