Azərbaycan-Slovakiya oyununun da hakimləri müəyyənləşdi…

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcək oyunun hakimləri açıqlanıb.

Etikxeber.az AFFA-ya istinadla xəbər verir ki, matç şimali makedoniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Deyan Yakimovski olacaq.

Ona Nikola Karakolev və Kuştrim Lika kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.

Azərbaycan-Slovakiya oyunu sentyabrın 6-da saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Etikxeber.az

Read Previous

“Ermənistan bütün konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı cinayətlər törədib” – MÜBARİZ QURBANLI

Read Next

Diabi indi də “Beşiktaş”lı olur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir