Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirəcək.
Etikxeber.az məlumat verir ki, milli komanda AVRO-2021-in seçmə mərhələsində ikinci matçına çıxacaq.
Milan Obradoviçin baş məşqçisi olduğu komanda tsikldə ilk dəfə ev görüşündə qüvvəsini sınayacaq. Mərhələyə Lixtenşteynə üzücü məğlubiyyətlə başlayan komanda bu dəfə daha güclü rəqiblə üz-üzə gələcək.
Slovakiyanı sınağa çəkəcək milli rəqibini “Dalğa Arena” stadionunda qəbul edəcək. Bu, rəqib komandanın tsikldə ilk matçı olacaq.
Qeyd edək ki, qrupun dünən keçirilən matçında Gürcüstan Lixtenşteynə 4:0 hesabı ilə qalib gəlib.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
20:30. Azərbaycan – Slovakiya
Baş hakim: Deyan Yakimovski
Baş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim Lika
Dördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya)
Bakı. “Dalğa Arena” stadionu
| 1 | Gürcüstan | 1 | 1 | 0 | 0 | 4-0 | 3 |
| 2 | Lixtenşteyn | 2 | 1 | 0 | 1 | 1-4 | 3 |
| 3 | Fransa | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 4 | İsveçrə | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 5 | Slovakiya | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 6 | Azərbaycan | 1 | 0 | 0 | 0 | 0-1 | 0 |
***
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığması ilə qarşılaşıb.
Görüşdə Azərbaycan millisi meydana Kamran İbrahimov, Amin Seydiyev, Turan Manafov, Hüseyn Seyliğli, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Şakir Seyidov, Doğukan Öksüz, Fərid Nəbiyev və Barış Ekincier heyəti ilə çıxıb.
“Dalğa Arena”da keçirilmiş qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şimali makedoniyalı hakimlər briqadasının idarə etdiyi matçda yığmamızın heyətində Barış Ekincier dubl edib.
U-21 növbəti oyununu sentyabrın 10-da saat 20:30-da “Dalğa Arena”da Gürcüstanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirəcək.
Etikxeber.az





