“Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul etdi.

Etikxeber.az xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edildi, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi.

anlas=ilya

***

İ. Əliyev həmçinin, NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul etdi.

Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə etdi. NATO ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirdi, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

Read Previous

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb – YENİLƏNİB

Read Next

“Hər bir millətin boyu təhsilin səviyyəsi ilə ölçülür” – DEPUTAT MƏKTƏB AÇILIŞINDA BELƏ DEDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir