Azərbaycan Trampla səmərəli əməkdaşlığa ümid edir – ƏLİ HƏSƏNOV

“Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir”.

Etikxeber.az məlumat verir ki,  bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: “Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki,  Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Etikxeber.az

Read Previous

Azərbaycandan 20 min dolların çıxarılmasının qarşısı alındı

Read Next

Monitorinq insidentsiz başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir