Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
15 sentyabr Qafqaz İslam Türk Ordusunun Azərbaycan xalqınının yaddaşlarına şükranlıq və minnətdarlıqla, əbədi yazılan bir gündür.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Qeyd edib ki, 15 sentyabr 102 il öncə xalqımızı, Bakını və bütövlükdə Azərbaycanı Qafqaz İslam Türk Ordusunun, onun komandanı Nuru Paşa və onun qəhrəman əsgərlərinin Azərbaycan əsgərləri ilə imperialistlərdən və eməni daşnakların işğalından XİLAS etdiyi GÜNdür.
“1918-ci ildə VƏTƏNimiz uğrunda şəhid olmuş qəhrəman Nuru Paşanı və əsgərlərinin şücaətini minnətdarlıqla yad edir, Allahdan Türkiyə və Azərbaycan uğrunda uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Amin!
Erməni millətçiləri 15 sentyabr 1918-ci ili heç vaxt unutmamalıdır. Tarix təkrarlanır. İnşallah, yaxın zamanlarda, Azərbaycan-Türkiyə Ordusu Qarabağ uğrunda da tarixə yeni bir Zəfər səlnaməsi yazacaq” -deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az