Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm 100 il öncə, həm də 100 il sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni tarix yazıldı
15 sentyabr 2018-ci il tarixində möhtəşəm bir gün oldu, möhtəşəm bir gün yaşandı. Çox duyğulu anlar yaşadıq. Sözlə ifadəsi mümkünsüz qədər gözəl və duyğulu anlar.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
O, qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə Bakıda bütün dünyaya önəmli mesajlar verdi.
“Təşəkkürlər cənab Prezident! Cənab Prezidentimiz və qardaş Türkiyəmizin Cümhurbaşqanı scənab Rəcəb Tayyib Ərdoğanın möhtəşəm çıxışını bütün gənclərimizi,Türk gəncliyini dinləməyə çağırırıq. Nur içində yatsın, Cümhuriyyət qurucularımız, Nuru Paşa başqanlığında Azərbaycana dəstəyə gələn Türk Qafqaz İslam Ordusunun qəhrəmanları”-deyən millət vəkili bu hadisənin, bu anların uzun illər hafizələrdən, yaddaşlardan silinməyəcəyini də sözlərinə əlavə edib.
Milli Məclisin (MM) Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Jalə Əliyeva da həm Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradın keçirilməsinin, həm də Azərbaycan və Türkiyə liderlərinin paradda birgə iştiraklarının və onların çıxışlarının çox möhtəşəm tarixi-siyasi hadisə olduğunu bildirib.
“Düz 100 il öncə, 1918-ci ilin 15 sentyabrında Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakımızı işğaldan azad etməklə Azərbaycan-Türkiyə münasibətlərində yeni tarix yazmış oldu. Elə bir tarix ki, onu oxuduqca, onu öyrəndikcə bitirmək olmur. Başdan-ayağa fəxr, qürür, şərəf tarixidir. Düz 100 il sonra, 2018-ci ilin 15 sentyabrında isə daha bir tarix yazıldı. Bu tarixi də iki qardaş ölkənin müdrik dövlət rəhbərləri-Azərbaycan prezidenti cənab İlham Əliyev və qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan birgə yazdı. Onlar Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradda yan-yana, çiyin-çiyinə dayanmaqla, bir-birinə dəstək olmaqla, bu tarixi birlikdə yazdılar və bu tarix hələ uzun illər öyrəniləcək, istinad, araşdırma mənbəyinə çevriləcək. Hər iki lider dünyaya, bizi sevənlərə də, bizi sevməyənlərə də bir daha mesaj vermiş oldular ki, Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, konkret əməldədir və heç kim də bu əməl, fikir birliyinin, qardaşlığının qarşısında əngəl ola bilməyəcək…”– deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az