Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir- SƏFİR

Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin görüşünə hazırlıq işləri gedir.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, görüşün vaxtı  dəqiq bəlli olmasa da, hazırda İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan  və Vladimir Putinin görüşü istiqamətində danışıqlar  davam edir və bu, diplomatik kanallar vasitəsi ilə həyata keçirilir:
“Görüşün baş tutması təkcə Azərbaycan və Türkiyədən asılı deyil. Bu prosesdə Rusiya da iştirak etdiyi üçün məsələ uzanır”.
 Diplomat həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin növbəti görüşü ilə bağlı  məsələyə aydınlıq gətirərək bildirib ki,  bu istiqamətdə də danışıqlar gedir.
Etikxeber.az

Read Previous

Səfir: “Millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir”

Read Next

Minskdə MDB-nin miqrasiya siyasəti məsələləri müzakirə ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir