AZƏRBAYCAN-TÜRKİYƏ:BİR MİLLƏT,BİR SEÇİM- Zahid Oruc yazır

Bir ölkənin məcburən aldığı qərarları Qərbin totalitar nəzarət və təftiş müvəkkilləri tanımaya bilər, lakin hər dövlət öz siyasi quruluşunu təyin etməkdə azaddır.

İndi böyük Mustafa Kamal dövrünə qayıdanları tanıyıram ki,elə o vaxtdan Amerika və ingilis imperiyasının Türkiyə Cümhuriyyəti içərisində basdırılmış minaları barmaqla göstərir və bir milləti xaricdən necə ələ keçirə biləcəklərinin gerçək bəlgələrini verirdilər.

Biz o dövrə qayıtmırıq.Amma 2016-ci ilin çevriliş cəhdindən sonra Türkiyənin qeyri-müəyyənlik zolağına daxil olduğunu deyənlər və Ərdoğanı devirməyə qalxanların uğura qovuşacaqları halda ötən əsrin qeyri-sabit bir quruluşunu qarşılarına aldıqlarını söyləyənlər haqsız deyildilər.

Fətullah Gülənin Pensilvaniyadan hakimiyyətə gələcəyini gözləyənləri şeytan və macərapərəsət saya bilərdiniz.Amma Qərb Türkiyəni ələ keçirməyə hazır idi.Ecevitdən Ərbakana qədər uzun bir zamanda Vaşinqtondan yönlənən bir üsul-idarəni dəyişmək AK partiyanın bir nömrəli vəzifəsiydi.Əks halda nəinki iqtidarı itirər,bütövlükdə gərgin bir regionda hökmran mövqeləri qazanmış bir dövlət əldən gedər və daxili qarşıdurmalar içərisində boğulardı. Ona görə Ərdoğan böyük liderlik fəhmi ilə konstitusion dəyişikliyinə gedib xalqı özünə köməyə çağırdı.Bəli,referendum çətin keçdi.Lakin son 13 ildə 8 seçkini qazanmış bir partiya millətdən səs alıb Ana qanunu dəyişdirməyə nail oldu və Baş nazirin rolunu “ingilis kraliçası” səviyyəsinə endirib “feli vəziyyəti hüquqi duruma” dəyişməyi bacardı.İndi yalnız o qalırdı ki,AK partiyanın lideri özü üçün az qala bərabərliklə tamamlanan ümumxalq səsverməsinin nəticələrinin yorğunluğundan və uğurlu qambitlərdən sonra erkən seçimlərə getməyin yolunu açsınlar.Bu yerdə Suriya adlı qır qazanı bir vaxtlar Fələstin ətrafında ingilis ordularını məğlubiyyətə uğradan Səlahəddin Əyyubinin qələbələrini təkrarlamaq qalırdı.

turk_bayragi_esas

Afrin döyüşləri Ərdoğanı əsil cəngavərə çevirdi.Bütün dünya ilə savaş verən bir ölkənin orduları Suriyanı bölən supergüclərlə baş-başa gəlib ona düşən payı götürdü.Əyyubi və ya Ərdoğanın kral Riçardı Qüdsdən qovması arasında sadə türkün nəzərində heç bir fərqi qalmadı.
Indi MHP liderinin dili ilə səsləndirilən növbədənkənar seçkiləri qazanmaq üçün bütün tərəfdarlarını toparlamaq o qədər də çətin deyil.Arxasında böyük hərbi triumflar qoyan və daxildə nəhən dini ideologiyanı hakimiyyət maraqları üçün istismar edən bir lider çox rahatlıqla Dövlət Baxçalı ilə gizli razılaşmasını ictimailəşdirməyə qərar verdi.Çox dəqiq və incə bir sözləşməydi.Hər şey ölçülüb-biçilib.
66 gün sonra keçiriləcək seçkiləri qlobal səbəbləri bəlli.Regional müharibələr daxildə sabit bir hakimiyyət modeli tələb edir.Müxalifəti də çağırırsan saraya və məxfi səbəbləri izah edirsən,Kilicdaroğlu da anlayış nümayiş etdirir,elə isə heç bir maneədən söhbət gedə bilməz.

ilham-erdo

Bəs,Azərbaycan Türkiyənin dövlət şəklinə çoxmu təsir etdi? Doğrusu, müstəqilliyin ilk illərində bizim ölkəmizi müxtəlif qonşu dövlətlərin idarəçilik şəklində qurmağı yamsılayanlar az qala hər addımda Türkiyədə daimi qovğa səbəbi olan parlamentli modeli irəli atırdılar.Hətta ötən əsrin 90-cı illərində Rusiya bir qədər əlini çəkib türk istiqbaratına meydan verəndə,səfir Altan Karamanoğlu vasitəsilə Tansu Çillər hökuməti Azərbaycanda çevriliş qovğalarında  polis slahlılarının liderinə yatırım qoymuşdu.Lakin Kremli fəth edən siyasət patriarxı Heydər Əliyev Türkiyə ülküçülərinin dəstəklidiyi inqilabı və Rövşən Cavadovun arxasında gizlənənləri məğlub etməyi bacardı.İndi Türkiyə Azərbaycanın-ondan sonra müstəqilliyini qazanan bir ölkənin müstəqilliyini qorumaq üçün seçidiyi modeli və aldığı siyasi qərarları təkrarlamış kimi görünür.Kimin necə qiymətləndirməsi o qədər də önəmli deyil.Faktlar amansız olur.Referendum, Konstitusiya dəyişikliyi,prezidentlik müddətinin 7 illiyə müəyyənləşdirilməsi,üsul-idarənin keçmişdən qalan mirasın aradan qaldırılması üzərində qurulması və nəhayət,sandıq başına gedən bir ölkə qərarı,hamısı eynənz bizim seçdiyimiz siyasi “yol xəritəsi” ilə tamam eynidir.Hətta seçkilərin elan olunduğu tarix də 66 gün sonranı özündə ehtiva edir.Bakı seçimlərə fevralın 5-i tarixində girmişdi.

Türkiyə sanki 80 milyonluq bir Azərbaycan.Vahid bir idarəçilik sisteminə daşınılır.İlham Əliyevin liderliyi Türkiyə üçün yaxşı bir örnək nümunəsidir.Siyasətdə başlanan yeni bir dönəmin şərtlərini həssaslıqla qəbul etmək bacarığı heç nəylə ölçülməz. Yəni, xaricdən yönləndirilən bir ölkə halından çıxmaq üçün Azərbaycan lideri fövqəladə qərarlar aldısa,deməli,Türkiyə hakim elitası da onlara seyrçi qala bilməzdi. Gerçəkdən “bir millət,bir seçim” halına gəldik.

Regionda yaşanan müharibələr iqtidarları hərəkətə keçirir və siyasi təqvimi dəyişməyi tələb edir. Ən qürurlusu, yəni, müxalifətin tanıdığı oyun qaydalarını ayrıca vurğulamaq gərəkdir. Bir az öncə CHP qrup başqan vəkili Engin Altay verilən qərara şərh verərkən “Habertürk” kanalından verdiyi açıqlamalar bizim antihakimiyyət manifestasiyasını düzənləyənlər üçün əsil nümunə ola bilər.

zahid bay-4

O deyir ki,seçkilərə hazır olmayan qüvvə partiya sayılmaz. Ona görə də bir vaxtlar Türkiyənin gəlib bizə iqtidar seçəcəyinə ümid bəsləyənlər,İstanbul hava limanında hansısa arabaya Müsavat liderinin adının yazıldığı ilə öyünənlər indi Bakıdan Ankaraya gedən siyasi dalğaları görməzdən keçə bilməzlər.

Sanki 100 il öncəki kimi ay-ulduzlu bayrağımız Türkiyə Cümhuriyyətinin və böyük Mustafa Kamalın zəfər yürüşünün baş simvoluna çevrilir.

Xeyirlisi, əziz türk qardaş və bacılar.Azərbaycan hər addımda sizlərə sabit dövlət quruluşu və güclü bir hakimiyyət arzulayır.Türkiyədə yaşanan hər siyasi qovğanın dalğası bizi də yarıb keçir.Ona görə sizin qələbəniz bizim də uğurumuzdur.

Təki,əziz millətimiz qalib gəlsin!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

Ərdoğanla Baxçalının məndən bu qədər qorxduğunu düşünmürdüm, seçkilərə gedəcəyik – AKŞƏNƏR

Read Next

Azərbaycan dövləti heç bir zaman olmadığı qədər güclü, qüdrətli dövlətə çevrilib – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir