Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mən prezident olsam, Azərbaycan türklərinin adını özünə qaytaracam.
Etikxeber.az xəbər verir ki, bunu martın 28-də İTV-də prezidentliyə namizdlərin növbəti teledebatında prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu bildirib.
“Heydər Əliyev tərəfarları deyirlər ki, Azərbaycan tarixi Heydər Əliyevdən başlayır, cəbhəçilər deyirlər ki, Azərbaycan tarixi Elçibəydən başlayır, müsavatçılar deyir ki, Azərbaycan tarixi Rəsulzadədən başlayır. Belə deyil. Azərbaycan tarixi Xətayi, Nadir şah, Ağaməhəmməd şah Qacardan və digərlərindən başlayır. Mən prezident olsam, Azərbaycan tarixini Azərbaycan xalqına qaytaracam…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az





