Azərbaycan və Türkiyə liderləri yenidən-BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

19:08

***

Xəbər vedildiyi kimi, noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.

Etikxeber.az

Read Previous

“Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq…Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir…”-Əliyevlə Rəisi – BİR ARADA – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyevin Türkmənistana səfəri-BAŞA ÇATDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir