Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcək – FOTO

“Azərbaycan və Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” sazişə dəyişiklik edilməsinə dair protokol imzalanıb.

Etikxeber.az xəbər verir ki, protokol Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə imzalanıb.

Dəyişiklik Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər artırılmasını nəzərdə tutur.

Eyni zamanda, dəyişikliklə hər iki ölkənin vətəndaşları 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilir.

Protokolu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri imzalayıblar.

Etikxeber.az

Read Previous

“Vasim Məmmədəliyevin vəfatı hamımız üçün böyük itkidir” – MEHRİBAN ƏLİYEVA

Read Next

“Türk milləti olaraq Özbəkistanın bu qərarından çox şadıq” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir