“Azərbaycan vətəndaşlarının sağlamlığı parlamentin iclaslarından da, ən mühüm tədbirlərdən də yuxarıda dayanır” – MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİ – FOTO

Bir çox problemlər var ki, dünyəvi, bəşəri problemlərdir. Bu problemlər iclaslara baxmır, hansısa tədbirlərə baxmır. Əgər belə fövqəladə hallar baş verirsə, o zaman yığıncaqlar da azaldıla bilər, toy, yas məramsimləri də təxirə salına bilər, o cümlədən, digər çox mühüm tədbirlər də fasilələrlə ola bilər. Əgər dünyanın əksər ölkələri bu gün bu virusla mübarizəyə qalxıblarsa və ölkələrində ən mühüm tədbirləri yığışdırırlarsa, biz də dünyanın bir parçasıyıq, bizdə də olmalıdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin tədbirlərinin, komitə və komissiya iclaslarının qeyri-müəyyən müddətə təxirə salınmasına münasibətini bildirərkən bildirib.

 “Təbii ki, bu Azərbaycan iqtisadiyyatına da güclü təsir göstərə biləcək. O cümlədən, sahibkarlığa da müəyyən təsiri olacaq. Ancaq insanların rifahı, insanların sağlamlığı birincidir. Ölkə rəhbəri də dəfələrlə bunu deyib ki, Azərbaycan vətəndaşlarının rifahı üçün hər bir işi etmək, hər bir işə getmək lazımdır. Müəyyən dövr üçün bu, lazımdırsa, biz buna getməliyik. Qoy iclaslar az keçirilsin, komitə iclasları keçirilməsin və ya plenar iclaslar varsa, bunun sayı azaldılsın. Biz bunu kompensasiya edə bilərik, may ayında, iyun ayında, yay aylarında işimizi, fəaliyyətimizi bərpa, davam etdirə bilərik”-deyən komitə sədrinin sözlərinə görə,  odur ki, bundan heç bir həyəcan keçirmək lazım deyil.

“Bundan heç bir narazılıq etmək olmaz. Əsas istəyimiz odur ki, Azərbaycan xalqı bu virusdan, bu xəstəliklərdən uzaq olsun. Bu bəlalar bizdən uzaq olsun və hər bir Azərbaycan vətəndaşının sağlamlığı bizim iclaslardan, neçə-neçə ən mühüm tədbirlərdən yuxarıdadır. Biz insanlarımızı qorumalıyıq.  Komitə iclaslarında da bu deyilib. Milli Məclisin bugünkü iclasında da parlamentin sədri bunu dedi. Sonra iclasda  o məruzəni edənlər də, gündəlikdə olan məsələ ilə bağlı münasibətlərini bildirənlər də dedi ki, biz o tədbirləri keçirməklə, Azərbaycan vətəndaşının sağlamlığını qorumalıyıq. Bunun üçün də bütün hər şeyi dövlətin üzərinə yıxmaq lazım deyil. Hər birimiz ehtiyatlı olmalıyıq. Çünki bu, elə bir xəstəlikdir ki, elə bir bəladır ki, istənilən vaxtı istənilən vətəndaşı tuta bilər. Gözə görünmür, aşkarlığı yoxdur, odur ki, bundan qorunmalıyıq. Qorunma üçün  də kütləvi tədbirlərin sayı azaldılmalıdır. Dünyada qəbul olunmuş bir standartdır, biz də buna getməliyik…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Operativ qərargah koronavirus epidemiyası ilə bağlı vəziyyəti və vətəndaşların təxliyəsi məsələsini-MÜZAKİRƏ ETDİ – FOTO

Read Next

6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir