Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq – OPERATİV QƏRARGAH – YENİLƏNİB

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.

Etikxeber.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

***

06:36

Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün uçuşların qrafiki açıqlanıb.

Bu barədə isə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Çarter reysləri martın 15-də aşağıdakı qrafik üzrə həyata keçiriləcək:

TK332 ISTGYD – 08:55 Azərbaycan vətəndaşları üçün;

TK333 GYDIST – 13:45 Türkiyə vətəndaşları üçün;

TK334 ISTGYD – 16:00 Azərbaycan vətəndaşları üçün;

TK335 GYDIST – 20:50 Türkiyə vətəndaşları üçün.

Etikxeber.az

Read Previous

Milli Məclisin Elm və təhsil komitəsi: TEYMUR BÜNYADOV, ŞAHLAR ƏSGƏROV, “ULDUZLARI” BARIŞMAYAN HACIYEVLƏ HƏBİBBƏYLİ VƏ BƏXTİYAR ƏLİYEV…

Read Next

“Siyasi partiyalar haqqında” qanunu cəmiyyətin mənafeləri yönündə yeniləməyə və təkmilləşdiməyə ehtiyac duyulur” – ZAHİD ORUCDAN ÇOX ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir