“Azərbaycan xalqı, Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev də yaşayacaq” – DEPUTAT – YENİLƏNİB

ELDƏNİZ SƏLİMOV: “Heydər Əliyevi Azərbaycansız, Azərbaycanı  Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil – onlar qoşa qanaddırlar”

“Azərbaycan xalqı, Azərbaycan türkləri dünyanın ən şanslı və ən bəxtli xalqlarındandır. Çünki Azərbaycan xalqının, Azərbaycan türklərinin Heydər Əliyev kimi dahi və müdrik oğlu, tarixi və böyük şəxsiyyəti var”.

Bunu Etikxeber.az-a millət vəkili Eldəniz Səlimov deyib.
eldeniz-3
Millət vəkilinin sözlərinə görə, xalqımızın şansı və bəxti həm də  onda gətirib ki, özünün, tarixinin ən çətin dönəmlərində- istər ötən əsrin 60-cı illərində-Azərbaycan iqtisadiyyatının gerilədiyi, inkişafdan qaldığı, rüşvətxorluğun “çiçəklənməyə” başladığı illərində, istərsə də, qanlar, canlar hesabına əldə etdiyi ikinci müstəqilliyini az qala tez bir zamanda itirmək təhlükəsi yaşadığı dönəmində-1993-cü ilin iyun günlərində  H. Əliyev hakimiyyət başına gəldi, onu yetirən, yetişdirən xalqına sahib çıxdı, ona sahibləndi, onu qorudu, parçalanmlaradan, vətəndaş müharibəsindən xilas etdi:
 “Xalqını, dövlətini inkişafa qovuşdurdu, regionun və dünyanın lider dövlətlərindən birinə çevirdi”.
E. Səlimov qeyd edib ki, bu baxımdan, tam qətiyyətlə və böyük qürur hissi ilə demək olar ki, H. Əliyev Azərbaycan xalqının şah əsəri, müstəqil Azərbaycan isə H. Əliyevin şah əsəridir.
“Heydər Əliyevi Azərbaycansız, Azərbaycanı da Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Onlar qoşa qanaddırlar. 
Düzdür, böyük ağrı və təəssüf hissi ilə demək istəyirəm ki, artıq 14 ildir böyük öndər bizim aramızda yoxdur, cismən bizlərlə deyil, amma o ruhən, mənən bizimlədir, bizim aramızdadır. Onun müqdəddəs ruhu bizlərin-Azərbaycan xalqının, Azərbaycan dövlətinin başı üzərindədir və xalqımızı, dövlətimizi onu gözləyə biləcək bəlalardan, təhlükələrdən qoruyur.
Sabah-dekabrın 12-si böyük öndərin anım günü-dünyasını dəyişməsinin 14-cü ildönümüdür. Hər zaman olduğu kimi, yenə də və bir daha mərhum dövlət başçımızı hörmətlə, ehtiramla anır, əbədiyyən  bizlərlə, qədirbilən xalqınla, ürəkdən sevdiyin Azərbaycanımızlasan deyirik. 
Azərbaycan xalqı, Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev də yaşayacaq. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də var və var olacaq. Onun nurlu, işıqlı xatirəsi daim qəlblərdə və qəlblərimizdə yaşayacaq!”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
***
Deputatın “Facebook” səhifəsində paylaşdığı  “Heydər Əliyev öyrənilməmiş bir dünyadır” statusunu da təqdim edirik:Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Tarixi şəxsiyyətlər unudulmur. Nadir tarixin şəxsiyyətlər isə əbədi olaraq yaddaşlara həkk olunur. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Azərbaycan xalqı Heydər Əliyev kimi dühası ilə daim fəxr edir və əbədi olaraq fəxr edəcəkdir. 

Ümumilli Lider Heydər Əliyev haqqında çox yazılıb, onun irsi hərtərəfli təhlil edilir, lakin bu prosesin sonu yoxdur. Çünki Heydər Əliyev öz xalqı və müstəqil dövlətimiz üçün elə xidmətər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi xalqımızın həyat fəaliyyətinin mayakı olmalıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, analız edib nəticələr çıxarmalıyıq. Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycan tarixinin bir hissəsi və bu tarixin ən şanlı şəhifələrindəndir. Bu dahi şəxsiyyətin həyat və fəaliyətini öyrənmək, onun gördüyü işlərin başladığı ıayihələrin tarixi əhəmiyyətini dərk etmək özü bir tarix məktəbini bitirmək idi.

“ Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir”- bu, təkcə biz azərbaycanlıların deyil, Heydər Əliyevin qurduğu dövləti tanıyan, onunla hesablaşan əcnəbilərində dərin etirafıdır. Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin məhz bu cür şəxsiyyət olduğunu göstərdi. Bu sabitlik və əmin-amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi, qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. Siyasət aləmində misli-bərabər olamayan bu dahi şəxsiyyət Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıtdı, xalqımızın dünya xalqları arasında möhkəm yer tutması üçün nə lazımdırsa etdi.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Imzalar içərisində millətimizin də imzası aydın görünür. Indi planetimizin çox yerindən dünyada ən böyük enerji layihələrin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsinin” və digər neft kontraktlarının və misilsiz əhəmiyyətə mailk neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 

Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları Ümumilli liderimiz Heydər Əliyevin çiyinləri üzərinə hörülüb. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər imzaladığı fərman və sərəncamlar, xalqla bir başa ünsiyyətdə olması ümumilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. 
Memari və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan bu gün dahi şəxsiyyətin xalqımıza ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaqdır.

Etikxeber.az

Read Previous

Prezident Zirə, Türkan və Pirallahı ilə bağlı Sərəncam imzaladı…

Read Next

“Suriyada indi yeni dövr başlayır və…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir