“Azərbaycan xalqı kiminsə diqtəsinə, təhdidinə boyun əyəcək deyil” – DEPUTATDAN TƏPKİ

“11 aprel prezident seçkiləri, səsvermə prosesi azad, ədalətli, şəffaf, demokratik, beynəlxalq standartlara tam uyğun şəkildə və  Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutdu”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, 11 aprel Azərbaycanın siyasi tarixinə demokratiyanın növbəti zəfəri, növbəti təntənəsi kimi düşdü.

“Həmin gün Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etdilər. Bunu da tək biz demirik, bunu həm də ölkəmizdə seskiləri, səvermə prosesini yaxından izləyən və ədalətli mövqeləri ilə seçilən, həqiqəti söyləməkdən çəkinməyən beynəlxalq müşahidəçilər, avropalı deputatlar, müxtəlif müşahidə missiyalarının üzvləri dedilər, bəyanladılar. Hamımız da bunun şahidləriyik.  Və ən sevindirici, ən əlamətdar, hər birimiz qürurlandıran məqam odur ki, bu seçkilərdə də xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı  cənab İlham Əliyevə – növbəti dəfə – etimad göstərdi, yəni,  o, seçicilərin mütləq əksəriyyətinin səsini qazandı”-deyən, millət vəkili eyni zamanda  qeyd edib ki, seçkilərin nəticələri  Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi.

eldeeeeee

elde-11

eldeniz salimovvv

“Partiyamızın sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının seçiminin sabitlik, təhlükəsizlik  və davamlı inkişaf olmasının əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə lider-xalq, iqtidar-xalq birliyinin, vəhdətinin sarsılmaz olduğunu bir daha sübut etdi. Düzdür, kimlərsə, hansısa  “müşahidə” missiyaları yenə də öz “ənənələrinə” sadiq qalaraq, “bulanıq suda balıq” axtarmaq sevdasına düşüblər, Azərbaycanda demokratiyanın üzərinə kölgə salmaq cəhdində bulunurlar. Amma faydasız və səmərəsiz cəhdlərdir. Bu cəhdləri biz çox görmüşük və həmişə də fiaskoya uğradığının canlı şahidləri olmuşuq. Odur ki, həmin qüvvələr öz cəhdlərindən əl çəkməlidirlər, tutduqları ziyanlı və məkrli yoldan gec də olsa, geri dönməlidirlər. Azərbaycan xalqı kiminsə diqtəsinə boyun əyəcək xalq deyil, onun seçiminə də şübhə etməyə, kölgə salmaz razı olmaz və imkan verməz. Necə ki, indiyə qədər razı olmayıb və imkan verməyib…” -deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Seçkilərin ikincisi – KİM HAQQ EDİR(Dİ)?

Read Next

Akademik yazır – ONUN 30 SİFƏTİ VAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir