Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanda istənilən seçki prosesi, o cümlədən qarşıdan gələn 11 aprel növbədənkənar prezident seçkiləri ilə bağlı münbit seçki mühiti var”.
Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında millət vəkili Sona Əliyeva deyib.
Onun sözlərinə görə, ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur.
S. Əliyeva bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var:
“Eyni zamanda, mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək tam mümkündür.Hətta mən deyərdim ki, Azərbaycanın Seçki Məcəlləsi demokratiklik baxımından bir çox Avropa ölkələrinin seçki qanunvericiliyindən də üstündür. Seçki Məcəlləsi ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb”.
Millət vəkili qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə, namizədlərə bərabər imkanlar yaradılır:

“Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir. Hazırda seçki kampaniyasının təşviqat mərhələsindəyik. Hər bir namizəd bu prosesdə qanunauyğun şəkildə iştirak edir. Seçki kampaniyasını çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləyir. Hesab edirəm ki, ölkə vətəndaşları aprelin 11-də keçiriləcək prezident seçkilərində yüksək fəallıqla iştirak edəcək. Bu seçkilər Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsi olacaq”.
S. Əliyeva eyni zamanda tam əminliklə bildirib ki, 11 aprel seçkilərində Azərbaycan seçicilərinin seçimi düzgün, yəni, ölkə Prezidenti İlham Əliyev olacaq:
“Bu gün Azərbaycan cəmiyyətində İlham Əliyevin alternativi, onunla rəqib ola biləcək ikinci bir şəxs yoxdur. O, alternativsizdir. Odur ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçiminin İlham Əliyev olacağı şübhəsizdir. Azərbaycan xalqı Azərbaycanın parlaq gələcəyi naminə növbəti dəfə İlham Əliyevə səs-mandat verəcək”.
Etikxeber.az





