Azərbaycan XİN-dən İsrail və Fələstinə səfərlərlə bağlı-XƏBƏRDARLIQ

Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

***

“İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur”.

Bu barədə də Azərbaycan XİN-nin məlumatında bildirilib.

Qeyd edilib ki, hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

2016-cı ildə, 6 ayın içində 53 yaşlı anasını və iki övlad atası olan 33 yaşlı tək qardaşını itirdi, 2023-cü ilin 19 sentyabr tarixində isə ali təhsilli bacısı oğlu əlindən ağır yaralandı, özü isə nişanına 9 gün qalmış Şəhidlik məqamına ucaldı-BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ OLAN BAKILI ANTİTERROR ŞƏHİDİ, ALİ TƏHSİLLİ, LEYTENANT ŞƏHRİYAR BƏXTİYAR OĞLU ƏLİYEVİN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir