“Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu…”-DEPUTAT QOŞULMAMA HƏRƏKATININ ZİRVƏ GÖRÜŞÜNDƏN SÖZ AÇDI

Bu gün Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu mötəbər beynəlxalq təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi. Bu Zirvə görüşü göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistanda Ermənistanlıq qalmayacaq, bəlkə də, Ermənistan heç olmayacaq”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik”-İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında-ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR – YENİLƏNİB – (2) FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir