Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurdu

Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, çempionatda Azərbaycan yığması 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub.

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüb.

Sərbəst və yunan-Roma güləş üzrə yarışlarda iştirak edən idmançılarımız 9 medal, o cümlədən 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar.

Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.

Etikxeber.az

Read Previous

Ilk qar

Read Next

“Walt Disney” musiqiləri Heydər Əliyev Sarayında təqdim olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir