Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri-HANSI ÖLKƏLƏRDİR?

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Etikxeber.az-ın məlumatına görə, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən yığmamız 3-cü qrupunda yer alıb.

Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.

Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.

Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək.

Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.

Etikxeber.az

Read Previous

984 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

Əliyev Overçukla-NƏDƏN DANIŞDI? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir