Azərbaycana Bahar gəlib-BU GÜN NOVRUZ BAYRAMI QEYD OLUNUR

Azərbaycana bahar gəlib. 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Etikxeber.az-a verilən xəbərə görə, bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olub.

Beləliklə də, gecə ilə gündüz bərabərləşib.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayıb.

Eyni zamanda, Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
 
Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
 
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
 
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
 
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
 
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. 
 
Etikxeber.az

Read Previous

“Üç çətin, narahat gün arxada qaldı, 123 Azərbaycan vətəndaşı Bakıya aparıldı” – SƏFİR

Read Next

“Hər bir azərbaycanlının sağlamlığını qoruması təkcə özünün deyil, doğmalarının,bütövlükdə millətinin sağlığına xidmətdir”- MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir