Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.

Etikxeber.az-ın məlumatına görə, bu, martın 30-da Milli Məclisin (MM) Səhiyyə komitəsində müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.

Komitədə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihə də müzakirəyə çıxarılıb. Layihədə bu siyahıya gözün buynuz qişasının daxil edilməsi nəzərdə tutulur. Başqa sözlə, gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq.

İclasda həmçinin, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik müzakirə olunub.

“Dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərinin tənzimləməsi istiqamətində xeyli iş görülsə də, hələ də ciddi problemlər var  və görüləsi işlər qalmaqdadır”- deyən Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov  bildirib ki,  son illərdə ölkə başçısı İlham Əliyevin  həyata keçridiyi siyasət  nəticəsində həm ölkədə istehsal, həm ixrac olunan dərman vasitələrinin keyfiyyəti, o cümlədən,   qiymətlərinin tənzimləməsi istiqamətində ciddi işlər görülüb: “Bu istiqamətdə  ciddi irəliləyiş əldə olunub. Amma buna baxmayaraq,  hələ də bu istiqamətdə  xeyli  problemlər qalır və bunun üçün də işlər görülməlidir”.
Komitə sədri deyib ki, qanuna nəzərdə tutulan dəyişiklik redaktə xarakterli və digər qanunlara uyğunlaşdırma məqsədi daşıyır:
 “Dərman vasitələri haqqında” qanunun hazırkı variantına əsasən,  Azərbaycanda istehsal  və ölkəyə idxal edilən dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılır. Qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycanda istehsal  və ölkəyə idxal edilən dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır”.
Sonda hər 3 qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.
Etikxeber.az

Read Previous

Banklara sərbəstlik vermək əvəzinə, nəzarəti sərləşdirə-sərtləşdirə gedirik – DEPUTAT

Read Next

Buynuz qişasının gətirilməsi pərakəndə ola bilməz – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir