Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alındı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022 qram təşkil edir.

Etikxeber.az

Read Previous

“Qışda əhalinin işıqla təminatında problem olmayacaq” – PİRVERDİYEVİN İDDİASI

Read Next

Əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir