Azərbaycanda əhalinin 60 faizi 30 yaşdan aşağıdır – AZAD RƏHİMOV – FOTO

Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır.

Etikxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

“Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”– deyən nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb:

“Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Gəlin səhv etməyək! – PAİ-NİN PREZİDENTİ

Read Next

Bakı gözəl, təmiz şəhərdir və… – ZAMBİYALI PARLAMENTARİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir