Azərbaycanda bu gün 3577 Çernobıl əlili qeydiyyatdadır – NAZİR

“Bu gün Çernobıl faciəsinin ildönümüdür. Hadisədən 31 il keçir. Bu müddət ərzində həmin faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin sosial müdafiəsi ilə bağlı Azəebaycanda böyük işlər görülüb, tədbirlər həyata keçirilib”.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazir Səlim Müslümov deyib.

Onun sözlərinə görə,  Azərbaycanda bu gün 3577 Çernobıl əlili qeydiyyatdadır:

Nazir deyib ki, onlar müvafiq pensiyalar, müavnətlər alırlar:

“Hər birinə ildə 215 manat birdəfəlik əlavə vəsait göndərilir. Onlardan 160 nəfərinə minik avtomobili verilib, 185 nəfəri evlə təmin olunub.

Hər il Çernobıl faciəsi günü Çernobıl Əlilləri İttifaqının təqdim etdiyi siyahı üzrə 500 nəfərə yaxın əlilə müvafiq yardım edilir. Bu il də bu edilib. Onların problemi daim diqqətidir.

Biz ittifaqla six çalışırıq. Düşünürəm ki, bu addımlar effekt verir”.

Etikxeber.az

Read Previous

Seyidovu Abbasov əvəzləyəcək…

Read Next

“Görünən odur ki, yalan və böhtan yaymaq gündəlik işinizdir…” – PA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir