Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rostov Regional İctimai Təşkilatı “Umma Azərbaycan Mədəniyyət və Təhsil Birliyi” (İcma) növbəti xeyriyyə aksiyasını keçirməkdədir.
Birlikdən (İcmadan) Etikxeber.az-a verilən məlumata görə, növbəti xeyriyyə aksiyası geridə qalın Qurban bayramı ilə əlaqədar keçirilir.
Birlik tərəfindən 80 baş qurbanlıq Rusiyada yaşayan azərbaycanlılar-aztəminatlı ailələr üçün kəsilib-paylanılıb.
6 baş qurbanlıq isə burada-Azərbaycanda kəsilib-paylanılıb.
“Xeyriyyə aksiyamız davam edir. Azərbaycanda daha bir neçə rayonda qurbanlar kəsib paylayacağıq. Xüsusilə də, Qazilərimiz, Qazi ailələri üçün qurbanlıqlar nəzərdə tutmuşuq”-deyə, adıçəkilən təşkilatın rəsmilərindən olan Leyla Əhnədova deyib.
Qeyd edək ki, qurbanlıqlar Leyla Əhmədovanın və Emil Tacəddinovun adından kəsilib-paylanılıb.
Eyni zamanda qeyd edək ki, adıçəkilən təşkilat Qarabağ Qazilər Birliyi ilə əməkdaşlıq edir.
***
FOTOLAR:





Etikxeber.az





