Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü – PA RƏHBƏRİNİN MÜAVİNİ

“Mehriban xanım uzun illərdir, Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb”.

Etikxeber.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ötən il referendumdan sonra məlum olanda ki, Azərbaycanda birinci vitse-prezident postu yaradılacaq, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü.

mehriban xanim-preziodent

“Bu da artıq Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də xaricdə bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyinin, maraqlarının qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq” – deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub

Read Next

Xocalı soyqırımına dair bəzi maddi sübutlar yoxa çıxıb – HƏRBİ PROKUROR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0