Azərbaycanda hazırda 600 məhkəmə hakimi var – Cavid Hüseynov

Azərbaycanda fəaliyyət göstərən məhkəmə hakimlərinin ayı açıqlanıb.

Etikxeber.az  məlumat verir ki, Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 16-da keçirilən iclasında Məhkəmə və Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda hazırda 600 məhkəmə hakimi var.

O, qeyd edib ki, son illər bu rəqəm iki dəfə artıb.

Onun sözlərinə görə, buna baxmayaraq, hakimlərin iş yükü yenə çoxdur. Regionlarda bir hakimə ay ərzində 30-35 iş düşürsə, Bakı şəhərində bu, 100-ə çatır:

“Bu da həddindən çox yüklənmə deməkdir. Biz hakim ştatlarının sayını yenə də artıra bilərik. Bu, məhkəmələrin işini xeyli səmərələşdirmiş olacaq. Amma düşünürəm ki, bu, yeganə variant olmayacaq. Digər səmərələşdirici həll variantlarına da baxmaq lazımdır”.

Etikxeber.az

Read Previous

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Read Next

Saxta adlarla yalan məlumat yayanların məsuliyyətini nəzərdə tutan sənəd plenar iclasa tövsiyə olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir