“Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir…”-PREZİDENTDƏN TƏLƏB

Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib.

“Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək?”-İLHAM ƏLİYEV – PREZİDENT KAMRAN ƏLİYEVİ VİDEOFORMATDA QƏBUL ETDİ – FOTOLAR

Read Next

“Sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardım mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilsin”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir