Biz erməni kilsəsini dostluğa çağırırıq.
Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Bildirib k, biz mərhəmətdən danışırıq:
“Biz həmişə dünyanı dostluğa çağırırıq. Dəfələrlə ermənilərə demişik. Biz din adamıyıq. Dini siyasiləşdirmək olmaz. Biz erməni kilsəsini dostluğa, barışığa çağırırıq. Bizlə düşmən dili ilə danışmaq olmaz. Hər kəs öz vəzifəsini yerinə yetirir. Din xadimləri öz yerində olmalıdır”.
Sonra “Mən Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm”-deyən Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda inancsız adam yoxdur:
“Ona görə hər gördüyü işin hesabatını verməlidir. Cəzası varsa, dövlət tərəfindən cəzası verilməlidir. Yoxdursa da, verilməyəcək. Dövlətin qanun-qaydası var. Azərbaycanda mən inanclı olaraq tutulan adam görməmişəm. Əgər insan səhv edirsə, o səhvinə görə tutulur”.
Etikxeber.az