Azərbaycanda Milli Qurtuluş Günü-QEYD OLUNUR

15 İyun – Azərbaycanda Milli Qurtuluş günüdür.

Etikxeber.az məlumat verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib.

Lakin sonradan qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını almaqda çətinlik çəkən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.

Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.

Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.

15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, subay, MAXE, 3 medallı-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ: 35 YAŞI TAMAM OLDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

İki Şəhid-Ramiq Mikaylov və Böyükağa Şahverdiyev: ŞƏHİD BAŞ LEYTENANTIN ANASI VƏ QARDAŞI HƏLƏ DƏ EVSİZ-EŞİKSİZDİR…24 YAŞLI ŞƏHİD BÖYÜKAĞANIN İSƏ BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir