Növbədənkənar parlament seçkiləri-SƏSVERMƏ PROSESİ BAŞA ÇATDI – YENİLƏNİB – (1)

Bu gün Azərbaycanda 7-ci çağırış Milli Məclisə (MM) növbədənkənar seçkiləri keçirilir.

Etikxeber.az-ın məlumatına görə, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Seçkilərdə 25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi qeydə alınıb.

Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib.

Ümumilikdə 6 421 960 seçicinin səsverməsi üçün 6478 seçki məntəqəsi (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) fəaliyyət göstərir.

Parlament seçkiləri ilk dəfə Azərbaycanın azad olunmuş ərazilərində də keçirilir.

Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərir. 119 seçki dairəsinin əhatə edən 1000 məntəqədə veb-kamera quraşdırılıb.

Parlament seçkilərini 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) izləyir.

Seçkilərlə bağlı ölkə ərazisində-bütün seçki məntəqələrində saat 08:00-dan etibarən səsvermə prosesi başlayıb.

Səsvermə prosesi saat 19:00-da başa çatacaq.

Səsvermədən əvvəl isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M. Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi gündür.

MSK sədri parlament seçkilərinin 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) əhatə etdiyini nəzərə çatdırıb.

08:01

***

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 33,82 faizinin (2 milyon 172 min 087) səs verdiyini bildirib.

17:56

***

Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə prosesi başa çatıb.

Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.

Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb.

Seçkilər 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

6 421 960 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub.
Səsvermə üçün 6 516 567 bülleten çap edilib. Seçkilərdə 25 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) qeydiyyatdan keçib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva-SƏS VERDİLƏR – FOTO

Read Next

Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, dörd bacının tək və subay qardaşı-ƏLİ MƏMMƏDOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ, KÖVRƏK ANLAR YAŞANDI – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir