“Azərbaycanda rus dili və mədəniyyəti qorunub saxlanıır…” – SPİKER – FOTO

Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, O. Əsədov Azərbaycanla Rusiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin rolunu xüsusi vurğulayıb. Spiker qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.

Oqtay Əsədov Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanılması, rusdilli təhsil müəssisələrinin və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Leonid Kalaşnikov ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə uğurlarından geniş söz açıb.

Etikxeber.az

Read Previous

“Qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub…” – RUSİYA DUMASININ KOMİTƏ SƏDRİ

Read Next

“Dialoq aparmaq mədəniyyəti nümunəsi nümayiş etdirməliyik…” – POLAD BÜLBÜLOĞLU – FOTO – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir