Azərbaycanda Zəfər Konstitusiyası qəbul edilə bilərmi?-ZAHİD ORUC İSTİSNA ETMİR

“Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələrin təşkil ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O, bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var.

“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevlə bağlı-ZABİTLƏR EVİNDƏ TƏDBİR TƏŞKİL OLUNDU, ŞƏHİD ANASI “ŞƏHİDLƏRLƏ BAĞLI ƏSƏRLƏR YAZILMALI, FİLMLƏR ÇƏKİLMƏLİDİR”-DEYƏ, SÖZ VƏ İNCƏSƏNƏT ADAMLARINA ÇAĞIRIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir