Azərbaycandan dəyərli heç bir şey ola bilməz – PAŞAYEVA

Deputat gəncləri sosial şəbəklərdə əylənməyə deyil, Azərbaycanın təbliğinə səslədi

Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, hər bir azərbaycanlı gənc Azərbaycanın, dövlətin yanında olmalı, Azərbaycan, Qarabağ həqiqətlərinin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ölkə gənclərinə çağırışında səsləndirib.

Q.PaşayevaAzərbaycan gənclərini ölkə reallıqlarının, Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə  çağırıb. 

O, gəncləri sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib:

“Mən eyni zamanda, Vətən torpaqlarımız uğrundan canından keçən qəhrəman şəhidlərimizin, böyük şücaətlər göstərmiş igidlərimizin qarşısında baş əyirəm və gəncləri, sabahımız olan gənc nəsli onlardan Vətən sevgisi örnəyini almağa çağırıram. Bununla yanaşı, bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz və bu baxımdan ölkəmizin daha da müstəqil inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr böyükdür. Onlar bu məsuliyyətlərini daha dərindən və daha düzgün anlamalıdırlar. Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır və Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Bu məsələdə də gənclər daha öndə gəlməlidir”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

Read Previous

Ağdaş və Bərdə rayonlarının kəndlərində modul tipli 9 məktəb quraşdırılacaq- SƏRƏNCAM

Read Next

“Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir