Azərbaycandan erməni separatçıları qarşısında tələb: AĞ BAYRAQ QALDIRIN!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etmişdir.

Etikxeber.az-ın xəbərinə görə, Prezidentinin Administrasiyasının açıqlamasında qeyd olunur ki, lakin onlar hər dəfə bundan imtina etmişlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.

Etikxeber.az

Read Previous

Mülki infrastrukturumuzu hədəfə alan Ermənistan SQ birləşmələrinə məxsus top qurğusunun-MƏHV EDİLMƏSİ ANI – VİDEO

Read Next

Antiterror tədbirləri zamanı 60-dan çox döyüş mövqeyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir