Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum oldu- FOTO

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum olub.

Etikxeber.az-ın xəbərinə görə, yük maşınlarından birinin sürücüsü Məhəmməd Həsənov APA-ya bildirib ki, Azərbaycan-Rusiya sərhədini keçdikdən sonra Dağıstanın Qayakənd, Manas, Mahaçqala, Babayurt, Gizlər və Qoçubəy ərazilərində yük maşınlarına qəfil hücumlar olub.

Onun sözlərinə görə, sərhədi martın 28-də keçiblər, yol polisi onları müşayiət edib:

“Daşlarla, dəmir parçaları ilə silahlanmış dağıstanlı sürücülər yolboyu maşınlara qəfil hücum etməyə başladılar. Həmin sürücülər Rusiyada yük maşınları üçün yeni sistemin tətbiq olunmasına etiraz olaraq tətil keçirirlər. Bizə də deyirdilər ki, onlar işləmir, biz də işləməyək. Yük maşınları Moskva, Sankt-Peterburq, Voronejə doğru hərəkət edirdi. Yük maşınlarında meyvə-tərəvəz daşınır” – deyə, sürücü bildirib.

M. Həsənov qeyd edib ki, hadisə vaxtı maşınlara ciddi ziyan dəyib. Habelə bir yük maşının sürücüsü hücum zamanı idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib:

“Biz indi Stavropol ərazisindəyik”.

Qeyd edək ki, Rusiya ərazisində “Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. Dağıstanda “Platon”un əleyhinə aksiyada iştirak etmək istəməyən yerli sürücülərin də avtomobilləri yandırılıb. “Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Hər dəfə qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir” – ƏLİYEV

Read Next

Dollar yenidən bahalaşır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir