Azərbaycandan Türkiyəyə dəstək – ABŞ-A ETİRAZ

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik.

Etikxeber.az xəbər verir ki, bunu  Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

“Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilmişdir.

Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. 

Ermənistan və erməni lobbi dairələri qondarma erməni soyqırımını siyasi möhtəkirlik obyektinə çevirmişlər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”deyə, PA rəsmisi qeyd edib.

hikmet

aydin_huseynov

“ABŞ Nümayəndələr palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnamə qərəzli olmaqla dünyada ikili standarların hökm sürdüyünü bir daha təsdiqləyir”.

Bunu isə YAP-çı millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, çünki Ermənistanın regionda insanlığa qarşı amansız hərəkətlərinə susan bu qüvvələr tarixi saxtalaşdırmaqla heç bir siyasi və hüquqi əsası olmadan belə bir qərar qəbul edir.

“O dövrün tarixini bir daha araşdırmaq üçün Türkiyənin birgə komissiya yaratmaq təklifini qəbul etməməklə saxtakarlıq nümayiş etdirmək və həqiqəti danmaq Ermənistan rəhbərliyinin çirkin niyyətinin göstəricisidir.

Əfsuslar olsun ki, dünyada insanlığa və humanizmə qarşı çıxan qüvvələri hələ də dəstəkləyənlər var.

Biz tarixi həqiqətləri saxtalaşdıran istənilən qərarı qəti surətdə pisləyirik”-deyə, millət vəkili vurğulayıb.

Etikxeber.az

Read Previous

2 noyabrla bağlı – MİLLİ ŞURAYA SƏRT XƏBƏRDARLIQ EDİLDİ

Read Next

XİN ABŞ-ın Azərbaycandakı səfirliyinə etirazını bildirəcək – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir