Azərbaycanı “Eurovision-2017”-də Diana Hacıyeva təmsil edəcək

“Eurovision-2017″ Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”in seçim turlarında iştirak edib.

Etikxeber.az

Read Previous

Yağış, sulu qar, qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Read Next

Üzərində işləməli məsələlər var – NAZİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir