Azərbaycanın ən gənc Şəhid anası: CƏMİ 6 AYIN ƏSGƏRİ OLAN İLK ÖVLADINI-NİZAMİ OSMANOVU VƏTƏN YOLUNDA QURBAN VERMİŞ VƏ CƏMİ 35 YAŞINDA ŞƏHİD ANASI OLMUŞ AXİRƏ OSMANOVA…-FOTOLAR

Axirə Orucəli qızı Osmanova…

Kürdəmirli, Şahsevənli…

1985-ci il təvəllüdlü…

Şəhid anası…

Cəmi 35 yaşında övladını Şəhid vermiş Ana…

Kürdəmirli, Şahsevənli İkinci Vətən Müharibəsi Şəhidi Nizami Elşad oğlu Osmanovun anası…

Kürdəmirin, ümumiyyətlə, Azərbaycanın ən GƏNC Şəhid anası…

Axirə xanımla ilk dəfə bu gün, cəmi saatlar öncə digər Şahsevənli Şəhidimiz Murad Yunusovun Cənnətdəki ikinci doğum günündə tanış oldum…

Düzdür, eşitmişdim, bilirdim ki, Kürdəmirdə də 40 yaşın altında olan Şəhid anası var, amma düzünü deyim ki, bu günə kimi həmin ananın kim və neçə yaşında, hansı Şəhidimizin anası olduğunu dəqiq bilmirdim…

Bizi Şəhidimizin-Murad Yunusovun məzarını ziyarətdən dönərkən digər Kürdəmirli Şəhid anası Akifə Ağayeva tanış etdi, dedi ki, ən gənc Şəhid anamız budur, Nizami Osmanovun anası…

Və həmin an gerçəkdən nə deyəcəyimi bilmədim, bir anlıq özümü itirdim və özümü güclə ələ alıb, Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladım…

Ürəyinin dərdi də, acısı da…solmuş çöhrəsindən, kədərli gözlərindən, baxışlarından dərhal hiss olunurdu…

Axı, necə hiss olunmasın???!!!

35 yaşında da Şəhid anasımı olar, 35 yaşında da ana övladını Şəhidmi verər, 35 yaşında da övladınımı itirər, övlad dərdimi çəkər???!!!

Axı, onun tay-tuşlarının bir çoxu bəlkə də ailə qurmayıb, ana olmayıb, ancaq Axirə xanım bu yaşında həyatın, həyatının ən böyük acısını, övlad acısı və itkisini dadmalı, yaşamalı olub…

Al-əlvan rəngli paltarlar geyinməli vaxtında…qaraya, qaralara bürünüb Axirə ana, Axirə xanım…

Gözünün Nurunu, 3 övladından, 3 oğlundan ilkini Vətən yolunda qurban verib…

Övladı da cəmi 6 ayın Əsgəri olub…

2020-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsinin 18-ci günündə, oktyabrın 14-də, cəmi 18 yaşında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 24 gündən sonra tapılıb və noyabr ayının 7-də Şahsevən kənd qəbiristanlığında dəfn olunub…

Nizami 2002-ci il doğumlu, ikinci qardaşı isə 2006-ci il təvəllüdlü olub…

Şəhidliyindən bir müddət sonra, 2021-ci ildə isə ikinci qardaşı-Osman Osmanov dünyaya gəlib və hazırda da 10 aylıqdır…

Qardaşının torpağı sanı yaşasın, ruhu köməyi olsun!

(NİZAMİNİN UŞAQLIĞI)

(VƏ BALACA, 10 AYLIQ OSMAN)

***

Mənim üçün nə qədər çətin və əzablı olsa da, Şəhidimizin anası ilə söhbətləşdim, dərdləşdim, balasının, övladının, Şəhidinin məkanının cənnətlik olmasını Böyük Yaradandan dilədim…

Və söz verdim ki, Şəhidimizin ikinci ildönümü mərasimində iştirak edəcəyəm və ya ondan öncə evini, ocağını ziyarət edəcəyəm…

Yaralı, Dərdli Şəhid anası isə “Təkcə övladımı itirmədim, Şəhid vermədim, həm də bütün xəyallarım, arzularım onunla birgə getdi, dəfn olundu…Gəncliyimi, cavanlığımı itirdim…O, mənim ilkim, ilk övladım idi…Nizami mənim hər şeyim idi…Bütün həyatım alt-üst oldu…Onsuz yaşamaq mənim üçün çox çətindir çox…”-deyə, bildirdi…

Və yenə sözün bitdiyi, kəlmələrin boğazda düyümlənib, lal, kar, aciz qaldığı yer, an idi…

Təsəlli ediləcək heç bir yanı yoxuydu, yoxdur...

***

Ruhu şad, məqamı Uca olsun, Şəhidimizin!

Allah Axirə xanıma, Şəhid atası və qardaşlarına bir daha səbr və dözüm versin!

Ruhu qarşısında və Axirə xanım başda olmaqla, ailə üzvləri qarşısında ehtiramla baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident daha iki məktəbin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 274 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir