Mayın 14-də Bakı Tennis Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışları davam edir.
Etikxeber.az xəbər verir ki, bu gün qadınlar və kişilər arasında oyunlar keçiriləcək. Kişilərin yarışında Pakistan-Qətər, Türkiyə-Özbəkistan və Azərbaycan-İordaniya oyunları keçiriləcək.
Qadınlar arasında baş tutacaq qarşılaşmalarda isə Türkmənistan-Özbəkistan, Azərbaycan-Türkiyə və Pakistan-Özbəkistan qarşılaşmaları nəzərdə tutulub.
***
IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə – mayın 14-də Bakı İdman Sarayında karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.
Karatenin kumite yarışlarında Azərbaycanı qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edirlər.
Kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.
IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.
***
IV İslam Həmrəyliyi Oyunlarında karatenin kata yarışlarında Azərbaycanı təmsil edən Roman Heydərov mübarizəyə qələbə ilə başlayıb.
Karateçimiz səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb.
Etikxeber.az