“Azərbaycanın AŞPA ilə əlaqələr genişlənir…” – ƏSƏDOV

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oqtay Əsədov Pedro Aqramuntun AŞPA-nın sədri kimi Azərbaycana səfərini xatırlayıb və onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə yaxşı məlumatının olduğunu qeyd edib.

Görüşdə qeyd olunub ki, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələr genişlənir. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.

Etikxeber.az

Read Previous

Biz yeni iş yerləri yaratmalıyıq – İLHAM ƏLİYEV

Read Next

Sərhəddə kənd təsərrüfatı məhsullarının ekspertizasının sürətləndirilməsi üçün ekspertlər fəaliyyətə başlayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir