Azərbaycanın bəzi rayonlarına-QAR YAĞDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin martın 16-sı saat 22:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Departamentdən Etikxeber.az-a bildiriblər ki, şimal-qərb küləyi əsib, arabir Naftalanda 30, Neftçalada 26, Tərtər, Ələt, Gəncə və Tovuzda 18, Sumqayıt və Zabratda 20, Bakıda 26, Maştağada 25, Neft Daşlarında 23 metr/saniyəyədək güclənib.

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Tərtər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız, Xınalıq, Sarıbaş (Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Etikxeber.az

Read Previous

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı-SƏFƏRLƏRİ DAYANDIRILIR

Read Next

Əli Əsədov koronavirusla bağlı icra hakimiyyəti orqanları və dövlət qurumlarının rəhbərlərinə-MƏKTUB GÖNDƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir