Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri-SAHİBƏ QAFAROVANI, BAHAR MURADOVANI, GÖVHƏR BAXŞƏLİYEVANI KİMLƏR ƏVƏZLƏYƏCƏK?

Milli Məclisin (MM) Azərbaycanı beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətlərinin, o cümlədən, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibləri yenidən formalaşdırılacaq və parlamentin növbəti iclaslarında təsdiqlənəcək.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətlərindən bəzilərinin rəhbərləri yeniləri ilə əvəzlənəcək.

Məsələn, Azərbaycanı “Avronest” Parlament Assambleyasında (PA) təmsil edən və nümayəndə heyətinin rəhbəri olan professor Sahibə Qafarova MM-in sədri seçildiyi üçün, o, növbəti dəfə bu vəzifəni daşıya bilməyəcək.

Onu “Avronest” PA-dakı nümayəndə heyətinin (yenilənmiş tərkibdən) üzvlərindən biri əvəzləyəcək.

Eyni zamanda, S. Qafarovanın Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətində üzvlüyünə son veriləcək.

Qeyd edək ki, 6-cı çağırışa kimi, Azərbaycanı AŞPA-da bu millət vəkilləri təmsil edib: Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), S.Qafarova, Rafael Hüseynov, Qənirə Paşayeva, Fazil Mustafa, Naqif Həmzəyev, Çingiz Qənizadə, Asim Mollazadə, Elşad Həsənov (hazırda icra başçısıdır və 5-cı çağırışın sonlarında deputatlıq səlahiyyətləri dayandırılıb), Sabir Hacıyev Ülviyyə Ağayeva.

Həmçinin, qeyd edək ki, nünayəndə heyətinin üzvlərindən Ç. Qənizadə bu dəfə millət vəkili seçilə bilməyib.

Odur ki, adıçəkilən nümayəndə heyətində xeyli dəyişikliklərin olacağı gözlənilir.

Bununla yanaşı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayındə heyətinin rəhbəri yenidən seçiləcək.

Çünki Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova bu dəfə seçkilərə qatılmayıb və bu səbəbdən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Eyni zamanda, nümayəndə heyətinin tərkibində dəyişikliklər edilməsi gözlənilir.

Bu qurumda da təmsil olunan E. Həsənov artıq millət vəkili deyil, icra başçısı vəzifəsini icra edir.

Adıçəkilən qurumda nümayəndə heyətinin üzvü olmuş Kamran Nəbizadə də bu dəfə seçkilərə qatılmadığı üçün, onun heyətdəki yeri boş qalıb.

Ona görə tərkibin dəyişdirilməsi, yenilənməsi nəzərdə tutulur.

Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) Azərbaycan nümayəndə heyətinə yeni rəhbərin seçilməsi gözlənilir.

Uzun illər Azərbaycanı bu qurumda təmsil və nümayəndə heyətinə rəhbərlik edən akademik Gövhər Baxşəliyeva 5-ci dəfə seçkilərə qatılmadığı üçün, onun yeri boşdur.

Bu səbəbdən İƏT Pİ-dəki nümayəndə heyətinin də dəyişdirilməsi, yenilənməsi, yeni sədrin seçilməsi nəzərdə tutulur.

Bununla belə, Azərbaycanı digər beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətlərinin tərkibində və rəhbərliyində dəyişikliklərin edilməsi ehtimal olunur.

Bu, parlamentlərarası əlaqələr üzrə işçi qruplarına da aiddir.

Onların da əksəriyyət etibarı ilə dəyişdirilməsi, yenilənməsi istisna deyil.

Etikxeber.az

Read Previous

MM-in İnsan hüquqları komitəsi-SƏFİYAR MUSAYEV, SİRUS TƏBRİZLİ, RƏBİYYƏT ASLANOVA, BAHAR MURADOVA VƏ ZAHİD ORUC…

Read Next

Milli Məclisin komitə sədrinin müavinindən-MARAQLI TƏHLİL…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir