Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırıldı

Prezident İlham Əliyev Azər Hüseynin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Rövşən Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri, Mir-Həmzə Əfəndiyev isə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən, Elnur İxtiyar oğlu Sultanov isə Azərbaycanın Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Etikxeber.az

Read Previous

Prezident 70 yaşlı deputatı “Şöhrət”ləndirdi

Read Next

3 min 560 nəfər peşə hazırlığı kurslarına cəlb edilib – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir