Azərbaycanın müstəqillik qazanmasından 28 il keçir -1991-Cİ İLİN 30 AVQUSTU

Arif HACILI: “30 avqust 1991-ci il tarixdə Azərbaycanın Müsatəqillik Bəyannaməsinin qəbul edilməsi nail olduq…” 

30 avqust 1991-ci ildə Azərbaycanın Müstəqilliyi Haqqında Bəyannamə qəbul olundu. 

Bu müstəqillik uğrunda apardığımız mübarizənin böyük uğurlarından biri idi.

1991-ci ilin yayında Moskvada QKÇP hadisəsi baş verəndə buna ilk reaksiyalar Azərbaycandan gəldi. O vaxt ölkə rəhbəri olan Ayaz Mütəllibov QKÇP-ni müdafiə etdi.

Hərbi çevrilişə dəstək bəyanatı verdi.

Biz dərhal o vaxt “Sovetski” adlanan ərazidə yerləşən AXC qərargahında toplaşdıq.

Azərbaycan Xalq Cəbhəsi QKÇP-ni hərbi çevriliş kimi qiymətləndirib rədd edən ilk siyasi təşkilatlardan biri idi. 

AXC binası qarşısında QKÇP-yə qarşı təşkil etdiyimiz mitinq vəhşicəsinə dağıdıldı.

Əsasən ruslardan ibarət olan Xüsusi Xidmət orqanlararı dəstələri qəragaha basqın etdi.

Müdafiəni yardılar, qapını sındırıb AXC qərargahına daxil oldular.

Əbülfəz Elçibəy və bir çox hərəkat nümayəndələri, parlament üzvləri xəsarət aldı, həbs edildi. 

Buna baxmayaraq mitinqimizi, hətta həmin gün davam etdirdik. Növbəti gün artıq minlərlə iştirakçının olduğu mitinqdə çıxış edən İsa Qəmbər növbəti mitinqin Azadlıq meydanında olacağını elan etdi. 

30 avqust

30 avqust-1

Ərazisi hasarlanmış, yük maşınları ilə doldurulmuş, milis və digər Xüsüsi Xidmət orqanlarının minlərlə üzvünün qoruduğu Azadlıq meydanına tərəfdarlarızla birlikdə daxil ola bildik. 

Yüz minlərin iştirak etdiyi bu mitinqdə Azərbaycanda kommunist rejiminə son qoyulmasını, müstəqilliyimizin bərpa edilməsini tələb etdik. 

Demokratik dəyərlərə əsaslanan Azərbaycan Respublikası uğrunda mübarizəmiz meydanlarda və parlamentdə davam etdi. 

Həmin günlərdə Kommunist Partiyası ləğv edildi, Leninin heykəlləri hər yerdən götürüldü. 

Nəhayət, 30 avqust 1991-ci il tarixdə Azərbaycanın Müsatəqillik Bəyannaməsinin qəbul edilməsi nail olduq. 

30 Avqust zəfərimiz Elçibəyin rəhbərliyi, AXC-nin təşkilatçılığı ilə azadlıq və demokratiya uğrunda apardığımız mübarizəmizin şərəfli səhifələrindən biridir.

Arif HACILI,

Sabiq – İstiqlalçı deputat

Etikxeber.az

Read Previous

Avroliqanın ən yaxşı oyunçusu – EDEN AZAR

Read Next

“Sevilya”, “Düdelanj”, APOEL – “QARABAĞ”IN RƏQİBLƏRİ MƏLUM OLDU – AVROLİQANIN DİGƏR QRUPLARI – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir