Azərbaycanın Qazaxıstandakı Səfirliyindən-MÜRACİƏT…

Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müraciətində bildirilib.

“Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik.

Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”– deyə, müraciətdə qeyd olunub.

Etikxeber.az

Read Previous

Anası hələ də kirayədə yaşayan və ailənin tək, nişanlı oğlu, 3 medallı-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – 28 YAŞI TAMAM OLUR…

Read Next

Vəzirov 92 yaşında-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir