“Azərbaycanın Rusiyadakı səfirinin Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir: Xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri və digər rəsmi şəxslər ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİNDƏN POLAD BÜLBÜLOĞLUNA ETİRAZ VƏ XƏBƏRDARLIQ

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib:

“Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Etikxeber.az

Read Previous

“Dünya hərb tarixində rast gəlinməyən, analoqu olmayan bir səlnamə yazıldı…32 illik münaqişəyə cəmi 44 günlük müharibə ilə son qoyuldu…Ali Baş Komandan və Azərbaycan Əsgəri tarixi Zəfərə imza atdı! “-ELDƏNİZ SƏLİMOV YAZDI

Read Next

“Qarabağda hansı pasport olacaq?”, “Qarabağda hansı pul vahidi olacaq?” kimi suallara son qoyun! Qarabağa ayrıca status biçməyə Sizə kim izn verir? Ali Baş Komandana güvənin!”-MİLLƏT VƏKİLİNDƏN SƏRT REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir