Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun əməkdaşları təxliyə ediləcək-XARİCİ İŞLƏR NAZİRİ

BAKU, AZERBAIJAN – APRIL 27: Azerbaijani Foreign Minister Jeyhun Bayramov speaks during a joint press conference on April 27, 2023 in Baku, Azerbaijan. (Photo by Aziz Karimov/Getty Images)

Həm Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib.

“Bu həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar, qərarlar veriləcək”C.Bayramov qeyd edib.

Etikxeber.az

Read Previous

“Pakistan dövləti və ordusu Azərbaycan dövləti və ordusunun yanındadır…”-PAKİSTANIN BAŞ NAZİRİ

Read Next

ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir, vəziyyəti diqqətlə izləyirik-ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir